2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 22 Aprel 2023-cü il tarixində, saat 11:00-da “Qaçqın Statusu: Geri Qaytarılmaq, yoxsa Mübarizə Aparmaq?” mövzusunda Dövlət İdarəçilik Akademiyasının bakalavr, İsveçin Lund Universitetinin “Beynəlxalq İnsan Hüquqları” ixtisası üzrə magistr məzunu, BHM Hüquq Şirkətinin hüquq məsləhətçisi Səbinə Səmədovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
- Miqrasiya hüququnun xarakterik xüsusiyyətləri;
- Qaçqın statusunun müəyyən edilməsi;
- Avropada miqrasiya rejimi: geri qaytarılmamaq prinsipi və Dublin sistemi;
- Qaçqın və əcnəbilərin hüquqi vəziyyətinin yerli qanunvericilik çərçivəsində tənzimlənməsi və s. məsələlər haqqında məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə müxtəlif məhkəmə qərarları və qaçqın statusunun müəyyən edilməsi üzrə kazuslar ətrafında müzakirələr aparılmışdır.