2022/2023-cü ilin növbəti Hüquq Müzakirə Forumu 15 aprel 2023-cü il tarixində, saat 11:00-da “Hüquqi Şəxslərin Yenidən Təşkil Olunması: Birləşmə və Qoşulma Azərbaycan və ABŞ Qanunvericiliyi Çərçivəsində” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr, ADA Universitetinin “Beynəlxalq Münasibətlər və Diplomatiya” ixtisası üzrə magistr məzunu, BHM Hüquq Şirkətinin Baş hüquq məsləhətçisi Təhminə İmanovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
- Hüquqi şəxsin yenidən təşkili formaları;
- Təşkil formalarının inkişaf tarixi;
- Birləşmə və Qoşulma-ya münasibətdə müxtəlif nəzəriyyələr;
- Yerli və beynəlxalq qanunvericilik müstəvisində müqayisəli təhlil və s. məsələlər haqqında məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli müxtəlif məhkəmə işləri ətrafında müzakirələr aparılmışdır.