2022/2023-cü ilin növbəti Hüquq Müzakirə Forumu 8 aprel 2023-cü il tarixində, saat 11:00-da “Fərdi Məlumatların Mühafizəsi: Azərbaycan Respublikası və Avropa İttifaqı Çərçivəsində Müqayisəli Təhlil” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr, Mərkəzi Avropa Universitetinin “Beynəlxalq Biznes Hüququ” ixtisası üzrə magistr məzunu, BHM Hüquq Şirkətinin hüquq məsləhətçisi Naima Məmmədovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
- Fərdi məlumatlar və onların istifadəsində iştirak edən subyektlərin anlayışı və təsnifatı;
- Fərdi məlumatların işlənilməsinin əsas prinsipləri;
- Məlumat subyektlərinin hüquqları;
- Məxfilik siyasətinin hazırlanmasında əsas məqamlar və s. məsələlər haqqında məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə müxtəlif ölkələrdə fərdi məlumatların qorunması ilə bağlı məhkəmə qərarları əsasında müzakirələr aparılmışdır.