2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 1 aprel 2023-cü il tarixində, saat 11:00-da “Maliyyə Texnologiyası və Hüquq: Ödəniş Xidmətləri və Sistemlərinin Tənzimlənməsinin Hüquqi Əsasları” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr, Vyana Universitetinin “Avstriya, Avropa və Beynəlxalq Biznes hüququ” ixtisası üzrə magistr məzunu, Vəkillər Kollegiyasının üzvü, BHM Hüquq Şirkətinin Korporativ və Maliyyə Departamentinin meneceri Türkan Hacıyevanın təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

  • Maliyyə texnologiyası anlayışı, inkişaf tarixi və modelləri;
  • Ödəniş sistemlərinə nəzarət və formaları;
  • Ödəniş xidmətləri və sistemlərinin hüquqi tənzimlənmə zərurəti;
  • Bankların fəaliyyəti ilə maliyyə texnologiyalarının qarşılıqlı əlaqəsi;
  • Yerli və beynəlxalq qanunvericilikdə adıçəkilən məsələlərin hüquqi tənzimlənməsi və s. barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə Azərbaycan və bir sıra Avropa ölkələri təcrübəsində maliyyə texnologiyalarının hüquqi tənzimlənməsi ilə bağlı məhkəmə qərarları müzakirə olunmuşdur.