2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 18 mart 2023-cü il tarixində, saat 11:00-da “Milli və Beynəlxalq Təcrübədə Cəza Kompensasiyası Anlayışı: Müqayisəli Təhlili və Perspektivi” mövzusunda “PAŞA Sığorta” ASC-nin kiçik hüquqşünası İnci Mirağayevanın təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

  • Cəza kompensasiyası anlayışı;
  • Anqlo-sakson və roman-german hüquq sistemləri arasında fərqli yanaşmalar;
  • Sözügedən anlayışın tətbiqində yaranan çətinliklər;
  • Azərbaycan Respublikası qanunvericiliyinə tətbiq edilməsinin mümkünlüyü və s. məsələlər barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə müxtəlif ölkələrdə cəza kompensasiyası halları ilə bağlı məhkəmə qərarları əsasında müzakirələr aparılmışdır.