2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 11 mart 2023-cü il tarixində, saat 11:00-da “Ədalətsiz Oyun: Hökmran Mövqedən Sui-istifadə Antiinhisar Qanunvericiliyi Çərçivəsində” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Seyidbəyim Hüseynovanın təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

  • Hökmran mövqe anlayışı və onun müəyyən edilməsi meyarları;
  • Hökmran mövqedən sui-istifadə hesab edilən hallar;
  • “Müvafiq bazar” anlayışı və rəqabət hüququnda bazarın müəyyən edilməsi;
  • Təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui-istifadəsinin qarşısını almaq məqsədilə tətbiq edilən dövlət nəzarət mexanizmlərinin təhlili;
  • Yerli qanunvericilikdə və beynəlxalq praktikada hökmran mövqenin hüquqi tənzimlənməsi və s. məsələlər barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə hökmran mövqe və ondan sui-istifadənin müəyyən edilməsi halları ilə bağlı müxtəlif dövlətlərin məhkəmə qərarları əsasında müzakirələr aparılmışdır.