2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 4 mart 2023-cü il tarixində, saat 11:00-da “Hüquqi Xidmətlərin Gələcəyi: Legal Tech Hüquq Bazarında İnqilaba Yol Açacaqmı?” mövzusunda Bakı Dövlət Universitetinin SABAH qrupları Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsi Rüfət Nağıyevin təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

  • Legal Tech anlayışı, inkişaf tarixi;
  • Hüquq bazarında tətbiq olunduğu sahələr;
  • Avropa İttifaqı qanunvericiliyi çərçivəsində tənzimlənmə;
  • Legal Tech-in təqdim etdiyi üstünlüklər və yol açdığı risklər və s. məsələlər barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə müxtəlif Legal Tech xidmətləri, müvafiq mübahisələr və məhkəmə qərarları, Legal Tech sahəsinin gələcəyi, eləcə də hüquq bazarına mümkün təsirləri təhlil edilmişdir.