2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 25 fevral 2023-cü il tarixində, saat 11:00-da “Qiymətli kağızlara hüquqi baxış: investisiya qiymətli kağızları” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin “Biznes Hüququ və İqtisadi Hüquq” üzrə magistr, Mərkəzi Bankın hüquq məsləhətçisi Kənan Təyyarlının təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
- Qiymətli kağız anlayışı və növləri;
- İnvestisiya qiymətli kağızların əlamətləri;
- Səhm və istiqraz anlayışı, xüsusiyyətləri və növləri;
- Azərbaycan Respublikasında kapital bazarının əsas iştirakçıları və s. məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə investisiya qiymətli kağızlarının emissiyası proseduru ilə bağlı müzakirələr aparılmışdır.