2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 18 fevral 2023-cü il tarixində, saat 11:00-da “Günəş Altında İnsan Tərəfindən Yaradılan Hər Şey” Doktrinası: Canlı Orqanizmlər Patentin Obyekti kimi” mövzusunda Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ ixtisası üzrə magistr məzunu, “Aztelekom” MMC-nin hüquqşünası Türkan Kərimovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
- Patent hüququnun əhatə dairəsinin genişlənməsi;
- “Təbiətin məhsulu” doktrinası;
- “Günəş altında insan tərəfindən yaradılan hər şey” doktrinasının patent hüququnda tətbiqi;
- Canlı orqanizmlərin əqli mülkiyyət hüququ çərçivəsində patentin alternativi olan mühafizə modeli və s. məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə ABŞ, Avropa İttifaqı və Azərbaycan Respublikasında ayrı-ayrı canlı orqanizmlərin patentləşdirilməsi siyasəti və mövzu ilə əlaqədar müxtəlif məhkəmə işləri ətrafında müzakirələr aparılmışdır.
İştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.