2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 24 Dekabr 2022-ci il tarixində saat 11:00-da “Beynəlxalq Hüquqda Həllini Tapmayan Konflikt: Xalqların Öz Müqəddəratını Təyin Etmə Hüququ və Dövlətlərin Ərazi Bütövlüyü Prinsipi” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr, Belçikanın K.U Leuven Universitetinin “Beynəlxalq və Avropa Hüququ” ixtisası üzrə magistr məzunu Orxan Bəşirlinin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
- Dövlətlərin ərazi bütövlüyü prinsipinin anlayışı;
- Xalqların öz müqəddəratını təyin etmək hüququnun mahiyyəti;
- Tanınmayan dövlətlərin (quruluşların) hüquqi statusu;
- Beynəlxalq hüquqda “dövlət” və “dövlət yaratma” anlayışları;
- Ayrılmada tanınmanın rolu və ayrılma kontekstində tanınmayan dövlətlər və s. məsələlər barədə məlumat verilmişdi.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli müxtəlif məhkəmə işləri və istiqamətləndirici konsept kimi “Montevideo kriteriyası” ətrafında müzakirələr aparılmışdı.