2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 18 Dekabr 2022-ci il tarixində saat 13:00-da “Müqavilə Qiymətinin Müəyyən Edilməsində İradə Azadlığının Məhdudlaşdırılması: Transfer Qiyməti” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsi, Vergi hüququ ixtisası üzrə magistr tələbəsi Əlixan Qarayevin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Transfer qiymətinin beynəlxalq və yerli qanunvericilik müstəvisində müqayisəli təhlili;
– Müstəqil və əlaqəli tərəf anlayışları;
– “Uzun qol” prinsipi və bu prinsip əsasında bağlanan müqavilələrin hüquqi mahiyyəti;
– Əqli mülkiyyət ilə bağlı qeyri-maddi aktivlərə transfer qiymətinin tətbiq edilməsi və s. məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə müxtəlif məhkəmə işləri ətrafında müzakirələr aparılmışdır.