2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 3 dekabr 2022-ci il tarixində, saat 11:00-da “Elektron Dövlət Xidmətləri: Hüquqi Tənzimlənmə və Gələcək Perspektivləri” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsi, Kriminalistika ixtisası üzrə magistr tələbəsi Rəşad Mürşüdovun təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

– Elektron və rəqəmsal hökumət modellərinin müqayisəli təhlili;

– Elektron dövlət xidmətləri sahəsində mövcud hüquqi vəziyyət;

– Müxtəlif dövlət orqanlarının göstərdiyi konkret elektron xidmətlərin hüquqi təhlili;

– Proaktiv xidmətlər və “Metaverse” məkanı;

– MyGov platforması və “EGOV Artırılmış Reallıq” mobil tətbiqi və s. məsələlər barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə:

– E-gov və MyGov platformalarından istifadə formaları;

– Elektron xidmətlər məkanında mövcud hüquqi problemlər kazual qaydada müzakirə olunmuşdur.