2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 26 noyabr 2022-ci il tarixində, saat 11:00-da “Beynəlxalq Hüquqda “Estoppel” və “Təmiz Əllər” Doktrinaları: Onların Müqayisəli Hüquqi Təhlili” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Nəsrin İbayevanın təqdimatında baş tutmuşdur.

Forumun nəzəri hissəsində:

– “Estoppel” doktrinasının mahiyyəti və növləri;

– “Estoppel” doktrinasının tətbiqi;

– “Təmiz əllər” doktrinasının anlayışı və onun formalaşması;

– “Təmiz əllər” doktrinasına fərqli yanaşmalar;

– “Estoppel” və “Təmiz əllər” doktrinalarının fərqli cəhətləri barədə məlumat verilmişdir.

Forumun praktiki hissəsində isə “Estoppel” və “Təmiz əllər” doktrinalarının tətbiq olunduğu müxtəlif məhkəmə işləri təhlil edilmişdir.