2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 19 noyabr 2022-ci il tarixində, saat 11:00-da “Əmək Münasibətlərində Bərabərlik. Diskriminasiya, yoxsa Differensiasiya?” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Gülnarə Fətullayevanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Əmək qanunvericiliyinin müxtəlif kateqoriyalı şəxslərə münasibətdə mövqeyi, imtiyaz və güzəştlər;
– Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunmasını qadağan edən hallar;
– Yerli və xarici qanunvericilikdə diskriminasiya və differensiasiya;
– Peşə seqreqasiyası ilə bağlı mövcud problemlər müzakirə olunmuşdur.
Forumun praktiki hissəsində isə müxtəlif məhkəmə işləri, eləcə də qanunvericilikdən nümunələr yuxarıda qeyd olunan mövzular aspektindən təhlil edilmişdir.