2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 12 noyabr 2022-ci il tarixində, saat 11:00-da “Yazılan, yoxsa Başa Düşülən Hüquq? Hüquqda Təfsir” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr məzunu, “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş hüquq məsləhətçisi Kənan Mədətlinin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Hüquqda təfsir anlayışı;
– Hüquqda təfsir anlayışına dair müxtəlif yanaşmalar;
– Təfsir metodları;
– Pozitivizm və təbii hüquq nəzəriyyəsi nöqteyi-nəzərindən təfsirə yanaşma;
– Təfsirdə problemlər;
– Linqvistikanın təfsirə təsiri və s. məsələlər müzakirə olunmuşdur.
Forumun praktiki hissəsində isə müxtəlif məhkəmə işləri, eləcə də qanunvericilikdən nümunələr yuxarıda qeyd olunan mövzular aspektindən təhlil edilmişdir.