2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 29 oktyabr 2022-ci il tarixində, saat 11:00-da “Ədalət Mühakiməsinin Həyata Keçirilməsində Prosessual Normaların Əhəmiyyəti: İnzibati Məhkəmə İcraatı Çərçivəsində” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr və magistr məzunu, Bakı İnzibati Məhkəməsinin məhkəmə iclas katibi Nuranə Məmmədovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– İnzibati məhkəmədə işin icraata qəbul edilməsi, aidiyyətin müəyyənləşdirilməsi;
– İnzibati məhkəmə icraatında iddianın mümkünlüyü anlayışı;
– Prosessual müddətlər və buraxılmış prosessual müddətin bərpa edilməsi şərtləri;
– Məhkəmənin yardım etmək vəzifəsi;
– Apellyasiya şikayəti nəzərdə tutulan və tutulmayan qərardadlar;
– Məhkəmənin öz qərarına düzəliş etməsi halları;
– Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri və s. müzakirə olunmuşdur.
Forumun praktiki hissəsində isə anonimləşdirilmiş məhkəmə işləri yuxarıda qeyd olunan prosessual məsələlər aspektindən təhlil edilmişdir.