2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 22 oktyabr 2022-ci il tarixində, saat 11:00-da “Beynəlxalq Vergi Hüququnda və Azərbaycan Vergi Qanunvericiliyində Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi Problemi” mövzusunda Bakı Dövlət Universitetinin dosenti, Ədliyyə Akademiyasının baş müəllimi və hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Vergi hüququnda vergidən yayınma və vergidən yan keçmə probleminin anlayışı;
– Vergiqoyma bazasının aşınması və mənfəətin köçürülməsi probleminin yaranma səbəbləri;
– Sözügedən problemin beynəlxalq hüquq və yerli qanunvericilik səviyyəsində həlli yollarının müqayisəli təhlili;
– BEPS layihəsi;
– Transfer qiymətinin müəyyən olunmasının vergidən yan keçmə ilə mübarizədə əhəmiyyəti;
– Nəzarətdə olan xarici müəssisələr anlayışı;
– “Aqressiv vergi sistemi” termininin təhlili;
– Azərbaycanın “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulmaq barədə Razılaşması və s. müzakirə olunmuşdur.
Forumun praktiki hissəsində isə vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi müxtəlif kazuslar üzrə qeyd olunan metodologiyaların tətbiqi vasitəsilə yoxlanılmışdır.