2022/2023-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 15 oktyabr 2022-ci il tarixində, saat 11:00-da “Əqli mülkiyyətin AİHK-nın 1 saylı Protokolunun 1-ci maddəsi daxilində mühafizəsi. “Qanuni gözlənti” və “Hüquqi ümid” anlayışları” mövzusunda Bakı Dövlət Universitetinin bakalavr və magistr məzunu, PMD Group şirkətinin komplayens üzrə hüquqşünası Aytac İsmayılovanın təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Ənənəvi mülkiyyət və şəxsi qeyri-əmlak hüquqları ilə bağlı olan əqli mülkiyyətin müqayisəsi;
– Əqli mülkiyyətin AİHK-nın 1 saylı Protokolunun 1-ci maddəsinin mühafizə etdiyi mülkiyyət kimi qiymətləndirilməsi;
– “Qanuni gözlənti” və “hüquqi ümid” anlayışlarının təhlili;
– Mülkiyyətə dair qanuni gözləntinin AİHK-nın 1 saylı Protokolunun 1-ci maddəsi çərçivəsində qiymətləndirilməsi və s. məsələlər müzakirə olunmuşdur.
Forumun praktiki hissəsində isə “Anhoyzer-Buş İnk.” şirkəti Portuqaliyaya qarşı işi və yuxarıda qeyd olunan nəzəri məsələlərin tətbiqi analiz edilmişdir.