2023/2024-cü tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 4 may 2024-cü il tarixində, saat 11:00-da “Cinayət Məsuliyyətinə Səbəb Olan Hərəkətsizlik: “Kömək Göstərməmə”nin Hüquqi Məsuliyyəti” mövzusunda Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi Vüqar Qədimovun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Cinayət tərkibinin əlamətləri;
– Hərəkət və hərəkətsizliyin fəlsəfi anlayışı;
– Hüquqi hərəkətsizliyin növləri;
– Yerli və xarici qanunvericilikdə kömək göstərməmə ilə bağlı normalar və digər məsələlər haqqında məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə bağlı kazuslar ətrafında müzakirə aparılmışdır.