2023/2024-cü tədris ilinin son Hüquq Müzakirə Forumu 1 iyun 2024-cü il tarixində, saat 11:00-da “İnvestor-Dövlət Müqavilələrində Publik-Xüsusi Hüquq Dixotomiyası: Əsas Müddəaların Rolu” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, Saarland Universiteti Avropa İnstitutunun Avropa və Beynəlxalq Hüquq ixtisası üzrə magistr məzunu, “LU-MUN Holding” MMC-nin hüquq məsləhətçisi İsa Rəhimlinin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Beynəlxalq investisiya hüququnun əsas anlayışları;
– İnvestor-dövlət müqavilələrinin növləri, əsas xüsusiyyətləri və əhəmiyyəti;
– İnvestor-dövlət münasibətlərinin publik/xüsusi hüquq dixotomiyası;
– İnvestor-dövlət müqavilələrində mülkiyyət strukturu və digər məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə investor-dövlət müqavilələrinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunmuşdur.