2024/2025-ci tədris ilinin ilk Hüquq Müzakirə Forumu 5 oktyabr 2024-cü il tarixində, saat 11:00-da “Patent Hüququnda Genetik Resurslar və Ənənəvi Biliklərin Qorunması” mövzusunda Prezident yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr, Marmara Universitetinin magistr, Kyuşu Universitetinin magistr və doktorantura məzunu, h.ü.f.d. Elnur Kərimovun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Genetik resurslar və ənənəvi biliklərin əhəmiyyəti;
– Patent hüququnda genetik resurslar və ənənəvi biliklərin mənşəyinin açıqlanması tələbi və ortaya çıxan çətinliklər;
– Sözügedən anlayışların beynəlxalq müqavilələr ilə tənzimlənməsi;
– Biopiratlıqla mübarizənin əsasları və digər məsələlər haqqında məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli müvafiq məhkəmə qərarları müzakirə edilmişdir.