2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 12 oktyabr 2024-cü il tarixində, saat 11:00-da “Müqavilə ilə Məsuliyyətin Məhdudlaşdırılması” mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr məzunu Mehran Əmirlinin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Biznes müqavilələrində məsuliyyətin məhdudlaşdırılması, həmçinin Azərbaycan və İngilis hüquq sistemlərinin məsələyə yanaşmaları;
– İngilis hüquq sistemində məsuliyyətin məhdudlaşdırılması üsulları;
– Kommersiya və istehlak müqavilələri üzrə dəyişən yanaşmalar;
– Ümumişlək müddəa nümunələri və onların əhəmiyyəti;
– Məhdudlaşdırmanın tətbiqi, hədləri və digər məsələlər barədə məlumat verilmişdir.
Praktiki hissədə isə mövzu ilə əlaqəli müvafiq məhkəmə qərarları, həmçinin müqavilədə məhdudlaşdırıcı şərtləri yazarkən diqqət edilməli olan önəmli məsələlər müzakirə edilmişdir.