2024/2025-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 19 oktyabr 2024-cü il tarixində, saat 11:00-da “Görünməyəni Görmək: Hüquqda Risk Anlayışı“ mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr məzunu Kənan Mədətlinin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Hüquqda risk anlayışı;
– Risklərin növləri;
– Risklərin qiymətləndirilməsi və idarə olunması;
– Risklərin aradan qaldırılması;
– Risklərlə bağlı etik aspektlər və digər məsələlər barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə mövzu ilə əlaqəli müxtəlif nümunələr və məhkəmə işləri ətrafında müzakirələr aparılmışdır.