09.12.2017 tarixində Hüquq fakültəsi IV kurs tələbəsi Nargilə Tağıyevanın təqdimatında “Mənəvi zərər və mənəvi təzminat: Hüquqi şəxslərin mənəvi zərər tələb etmə haqları haqqında konsepsiyalar” mövzusunda cari tədris ilinin növbəti hüquq müzakirə forumu keçirilmişdir!
Forumda mənəvi zərər və mənəvi təzminat anlayışları, hüquqi şəxslərin mənəvi zərər tələb etmə hüquqları, Azərbaycan Respublikası qanunvericiliyində mənəvi zərər və mənəvi təzminat institutları, onların tənzimlənməsi qaydaları haqqında müzakirələr aparılmışdır.
Forumda iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, növbəti müzakirələrimizdə daha aktiv iştirak edəcəklərini arzu edirik.