2020-2021-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 17 aprel 2021-ci il tarixində, saat 11:00-da “İnzibati və Mülki Məhkəmə İcraatları Zamanı Ziddiyyətlər Necə Həll Olunmalıdır?” mövzusunda, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü hüquqşünas Nahid Tağıyevin təqdimatında baş tutmuşdur.
Hal-hazırda inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatını müəyyənləşdirmək və məhkəmə baxışının həyata keçirilməsi aktual mövzuya çevrilmişdir. Qeyd olunan məsələlərlə bağlı Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin kifayət qədər plenum qərarları mövcud olmasına baxmayaraq işə baxan hakimlər və vəkillər arasında çaşqınlıq halları hələ də davam edir.
Forumun nəzəri hissəsində:
-inzibati icraat və inzibati məhkəmə icraatının əsas prinsipləri,
-inzibati orqan və inzibati aktın mahiyyəti,
-inzibati məhkəmə icraatı ilə mülki məkhəmə icraatı arasındakı oxşar və fərqli cəhətlər,
-hər iki məhkəmə icraatında sübut etmə yükü,
-iddia müddətinin tətbiqi və məhkəmə aktlarından şikayət vermə qaydası barədə məlumat verilmişdir.
Forumun praktiki hissəsində isə məhkəmədə işlərin hansı icraata aid olmasının müəyyən edilməsi, bununla bağlı təcrübədə yaranan problemlər, eyni zamanda icraatların müəyyən edilməsi ilə bağlı hakimlərin yol verdiyi səhvlər və mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin müvafiq qərarları ətrafında müzakirələr aparılmışdır.
İştirak edə bilməyənlər və ya yenidən dinləmək istəyənlər forumu Youtube-dan izləyə bilərlər. Video üçün aşağıdakı linkə keçid edin:
Forumda iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda daha aktiv iştiraka dəvət edirik.