06 oktyabr 2021-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti Hüquq Müzakirə Forumunun 2020/2021-ci tədris ili müddətində keçirilmiş 11 forumunda aktiv iştirak edən 25 tələbə sertifikatla təltif olunmuşdur.
Təltifetmədə iştirak edənlərə sertifikatlar Hüquq Müzakirə Forumunun 2020/21-ci tədris ilindəki Baş Müşaviri Ülkər Fərzəliyeva və Müşaviri Mehri Quliyeva tərəfindən təqdim edilmişdir.
Tələbə Elmi Cəmiyyəti Hüquq Müzakirə Forumunun adından həmin tələbələri təbrik edir, yeni tədris ili üçün keçiriləcək forumlarda aktiv iştiraka dəvət edirik.