2021-2022-ci tədris ilinin ilk Hüquq Müzakirə Forumu 30 oktyabr 2021-ci il tarixində, saat 11:00-da “Beynəlxalq Hüquqda Diplomatik Sığınacaq Hüququ” mövzusunda, Bakı Dövlət Universiteti hüquq fakültəsinin tələbəsi, Tələbə Hüquq Jurnalının 7-ci Buraxılışının Baş Redaktoru Ceyhun Xəlilovun təqdimatında baş tutmuşdur.
Beynəlxalq hüquqda qaçqın, miqrant və diplomatik sığınacaq anlayışlarının bir-birindən fərqləndirilməsi və şəxsin beynəlxalq konvensiyalarda nəzərdə tutulan anlayışlara uyğun olub-olmaması xüsusi əhəmiyyət kəsb edir. Forumun nəzəri hissəsində həmin anlayışların təhlili aparılmış və beynəlxalq hüquqda bu istiqamətdəki kolliziyalara nəzər yetirilmişdir.
Forumun praktiki hissəsində isə diplomatik sığınacaq hüququ ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin müxtəlif qərarları təhlil olunmuş, onlar ətrafında müzakirələr aparılmışdır.