2021/2022-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 6 noyabr 2021-ci il tarixində saat 11:00-da “Beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyət: nəzəri və praktiki problemlər” mövzusunda Bakı Dövlət Universitetinin müəllimi, dosent, hüquq elmləri üzrə fəlsəfə doktoru Rahim Məmmədovun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində:
– Beynəlxalq humanitar hüququn anlayışı, məqsədi, onun əsas norma və prinsiplərinə;
– “yus ad bellum” və “yus in bello” ifadələrinin məna yükünə;
-BHH mahiyyəti haqqında doktrinal yanaşmalara;
-“Tanınmamış hərbi qrupların qeyri-beynəlxalq silahlı münaqişədə beynəlxalq humanitar hüquq üzrə öhdəliyi” məsələsinə aydınlıq gətirilmişdir.
Forumun praktiki hissəsində isə Beynəlxalq humanitar hüququn pozulmasına görə dövlətlərin beynəlxalq hüquqi məsuliyyəti və fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyətinin hüquqi əsasları beynəlxalq və milli məhkəmələrin qərarlarına müvafiq olaraq təhlil olunmuş və onlar ətrafında müzakirələr aparılmışdır.