Bu gün – 08.10.16 tarixində, 2016-2017 tədris ilinin ilk Hüquq Müzakirə Forumu Kənan Mədətli və Gülnaz Salmanovanın təqdimatında “E-mail yazışmaları məhkəmədə sübut qismində: Azərbaycan və dünya yanaşması” mövzusunda keçirilmişdir. Təqdimatçılar foruma e-mailin anlayışı, müxtəlif sahələrdə işlənmə formalarından danışaraq başladılar. Müzakirənin gedişində e-mailin sübutetmədə rolu, elektron yazışmaların məhkəməyə təqdim olunma formaları və məhkəmədə sübut qismində işlənməsi şərtləri barəsində dünya və Azərbaycan praktikası müzakirə edildi.Sonda E-mail yazışmalarının sübut qismində çıxış etdiyi Tibbets v. RadioShack Corp., 2004 müsabiqə işi barəsində iştirakçılara məlumat verilmişdir. Müzakirədə iştirak edən hər kəsə təşəkkür edir, növbəti forumlarda aktiv iştiraka dəvət edirik.

20161008_110601-1 20161008_111731 20161008_111741 img-20161008-wa0003 img-20161008-wa0005