Bu gün – 19.11.2016 tarixində, Məhəmməd Qurbanov və Ziya Şivəxanlının təqdimatında “Müəlliflik hüququ və multimedia məhsulları: müqayisəli analiz” mövzusunda Hüquq Müzakirə Forumu keçirilmişdir.

Forumun nəzəri hissəsində təqdimatçılar “Müəlliflik hüququ nədir?”, “Nələr Müəlliflik hüququ ilə qorunmur?”, “Multimedia məhsullarına nələr daxildir?”, “Audiovizual əsərlər, video oyunlar, məlumat bazaları müəlliflik hüququ kontekstində” və digər sual və qaranlıq məsələləri aydınlaşdırmışlar.
Praktiki hissədə iştirakçılara mövzu üzrə müxtəlif kazuslar təqdim edilmiş, eləcə də Sony Corp. v. Universal City Studios işi üzrə ABŞ Ali Məhkəməsinin qərarı təhlil edilmişdir.

Foruma göstərdiyi diqqətə görə hər bir kəsə təşəkkür edir, növbəti müzakirələrimizdə iştirak etməyə dəvət edirik.

15056372_1886505018247382_4599307918495052723_nimg_0474 img_048415170922_1886504681580749_8398193977387603936_nimg_0482