Bu gün – 10.12.2016 tarixində, Nərmin Ələsgərovanın təqdimatında “Avropa İnsan Hüquqları Məhkəməsi: Ədalətli məhkəmə araşdırması hüququ” mövzusunda Hüquq Müzakirə Forumu keçirilmişdir.

HMF-nın nəzəri hissəsində təqdimatçı İnsan hüquqlarının beynəlxalq səviyyədə təminatı olan AİHM-in yaranması tarixi və strukturu, fəaliyyətinin əsasları, AİHM-ə müraciət qaydaları, “Ədalətli məhkəmə araşdırması hüququ” haqqında məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışdır. Bundan əlavə təqdimatçının təşəbbüsü ilə təcrübədə rast gəlinən problemli hallarla bağlı bir sıra müzakirələr aparılmışdır.

Forumun praktiki hissəsində tələbələrə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlə bağlı kazus təqdim edilmiş və fərdi fikir yürütmələrinə imkan yaratmaq üçün real məhkəmə çəkişməsinə bənzədilən kiçik səhnəcik təşkil olunmuşdur.

Hər kəsə göstərdiyi diqqət və aktivliyə görə təşəkkür edir, növbəti forumlarda görməyi arzulayırıq.

 

img_0487 img_0490 img_0494 img_0500 img_0502 img_0504 img_0518 img_0520 img_0522 img_0525 img_0528 img_0529 img_0532 img_0533 img_0534 img_0539