2017/2018-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 18.11.2017-ci il tarixində “Hüquq sistemlərinin ziddiyyəti paradiqması: Anqlo-Sakson və Roman-German hüquq sistemlərinin müqayisəsi” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin III kurs tələbəsi Nicat Rəsulzadənin təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində təqdimatçı müqayisəli təhlilin mahiyyəti, Roman-german və ümumi hüquq sistemlərinin tarixi inkişafı, Roma hüququnun bu inkişafa təsiri, hüququn əsas prinsiplərinin hər iki sistemdə alqılanması, hüquq mənbələrinin hüququn tətbiqində rolu kimi məsələlərlə bağlı təhlillər aparmışdır. Forumun praktiki hissəsində Mark Rich v. Societa Italiana Impianti məhkəmə işi müzakirə olunmuşdur.
Forum boyunca aktivlik nümayiş etdirdikləri üçün bütün tələbələrə minnətdarlığımızı bildirir, növbəti forumlarda yenidən görüşməyi arzu edirik!