04.11.2017 tarixində 3-cü kurs tələbəsi Nihat Hüseynovun təqdimatında “Müasir dövrdə Kosmos hüququnun problemləri” mövzusunda cari tədris ilinin növbəti Hüquq Müzakirə Forumu keçirilmişdir!
Forumun nəzəri hissəsində kosmos h
üququnun tarixi, əsas beynəlxalq müqavilələr, kosmos mədənçiliyi və bu sahədəki problemlər müzakirə olunmuş, bəzi milli kosmos qanunvericilikləri təhlil olunmuşdur.
Praktiki hissədə isə Nemitz v. USA məhkəmə işinə nəzər salınmışdır.
Forumda iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, növbəti müzakirələrimizdə daha aktiv iştirak edəcəklərini arzu edirik.