2017/2018-ci tədris ilinin növbəti Hüquq Müzakirə Forumu 28.10.2017-ci il tarixində “Müqavilələrin hazırlanması” mövzusunda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin IV kurs tələbəsi Məhəmməd Qurbanovun təqdimatında baş tutmuşdur.
Forumun nəzəri hissəsində təqdimatçı müqavilənin anlayışı, əqd və razılaşmadan fərqi ilə bağlı təhl
illər aparmış, müxtəlif xarici müəlliflərin mövqeyini kazuslarla müzakirəyə açmışdır. Forumda müqavilə növləri və müqavilənin tərtibi ilə bağlı ətraflı müzakirələr aparılmış, praktiki hissədə təqdimatçı öz təcrübələrini bölüşmüşdür.
Forum boyu aktivlik nümayiş etdirdikləri üçün bütün tələbələrə minnətdarlığımızı bildirir, növbəti forumlarda yenidən görüşməyi arzu edirik!