21.10.2017 tarixində 3-cü kurs SABAH qrupu tələbəsi Aydan Ələskərovanın təqdimatında “Müasir cinayətlərə baxış: Cinayəti “transmilli” edən nədir?” mövzusunda cari tədris ilinin növbəti Hüquq Müzakirə Forumu keçirilmişdir!
Forumun nəzəri hissəsində transmilli cinayətlərin anlayışı, təsnifatı, dünya üzrə yayılması, əsas istiqamətləri və beynəlxalq cinayətlərdən fərqləri təhlil olunmuşdur. Praktiki hissədə isə Vijay Mallyanın işi, S. Victor Whitmill v. Warner Bros. Entertainment Inc. və Prosecutors v. Kansas man məhkəmə işləri üzrə iştirakçılarla ətraflı müzakirələr aparılmışdır.
Forumda iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, növbəti müzakirələrimizdə daha aktiv iştiraka səsləyirik.