28 aprel 2018-ci il tarixində hüquqşünas Mehran Əmirlinin təqdimatında “Blockchain: Smart müqavilələrin hüquqi qüvvəsi” mövzusunda cari tədris ilinin növbəti hüquq müzakirə forumu keçirilmişdir.
Forumda “Blockchain” anlayışı, smart müqavilələr, smart müqavilələrin hüquqi qüvvəsi, smart müqavilələrdən doğan problemlər haqqında müzakirələr aparılmışdır. Forumun praktiki hissəsində xəyali məhkəmə işi analiz olunmuşdur.
Forumda iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, növbəti müzakirələrimizdə daha aktiv işitrak edəcəklərini arzu edirik.