5 may 2018-ci il tarixində Bakı Dövlət Universiteti II kurs tələbələri Məhəmməd Səfərli və Elvin İsayevin tədimatında “İdman hüququ: Hüququn müstəqil sahəsi hesab oluna bilərmi?” mövzusunda cari tədris ilinin növbəti hüquq müzakirə forumu keçirilmişdir.

Forumda idman hüququ anlayışı, “idmanın spesifikliyi”, idman və vətəndaşlıq, idman sahəsində mübahisələrin həlli və digər mövzular haqqında müzakirələr aparılmışdır. Forumun praktiki hissəsində Bosman və Pechstein məhkəmə işləri analiz olunmuşdur.

Forumda iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, növbəti müzakirələrimizdə daha aktiv iştirak edəcəklərini arzu edirik.

31522065_2156235437941004_3190348123180367872_n 31542961_2156235787940969_5894680392845230080_n 31939724_2156235517940996_2087166282641178624_n 31946001_2156235964607618_8170747682285944832_n 31955151_2156235481274333_6233077709296107520_n 31968199_2156235834607631_7758856796726362112_n