31 may 2018-ci il tarixində Bakı Dövlət Universiteti III kurs tələbəsi Nurlan Məmmədlinin təqdimatında “Delikt hüququnun nəzəri analizi; Korporativ delikt məsuliyyəti” mövzusunda cari tədris ilinin sonuncu hüquq müzakirə forumu keçirilmişdir.

Forumda delikt hüququnun funksiyası, delikt hüququnun mənşəyi, korporativ qalxan və digər mövzular ətrafında müzakirələr aparılmışdır. Forumun praktiki hissəsində Cox v. May Dep. Store Co.; Johnson v. Wilmoth və başqa məhkəmə işləri analiz olunmuşdur.

Forumda iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, növbəti forumlarda daha aktiv iştirak edəcəklərini arzu edirik.34117405_2169581173273097_241977770261872640_n 34069092_2169581143273100_4306358790514540544_n 34066856_2169581129939768_5791519904075087872_n 34062974_2169581289939752_5542043760864526336_n 34045044_2169581309939750_5261474906289209344_n 33994801_2169581149939766_2354215039730188288_n 33992753_2169581223273092_8834287401867149312_n 1