13 oktyabr 2018-ci il tarixində magistr tələbəsi Ziya Şivəxanlının təqdimatında “Öhdəliklərin icrasının təmin edilməsi üsullarının müqayisəli analizi” mövzusunda cari tədris ilinin ilk hüquq müzakirə forumu keçirilmişdir.
Forumda öhdəlik, öhdəliklərin icrasının anlayışı, “Liquidated damage” və “Indemnity” anlayışlarının tətbiqi qaydası və digər mövzular haqqında müzakirələr aparılmış, eyni zamanda öhdəliklərin icrasının təmin edilməsi sahəsində real həyatda baş verən mübahisəli məsələlər analiz edilmişdir.
Forumda iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, növbəti müzakirələrimizdə daha aktiv iştirak edəcəklərini arzu edirik.