20 oktyabr 2018-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi 4-cü kurs tələbəsi Nicat Rəsulzadənin təqdimatında “Beynəlxalq hüquqda beynəlxalq hava daşımaları” mövzusunda cari tədris ilinin növbəti hüquq müzakirə forumu keçirilmişdir.

Forumda beynəlxalq hava daşımalarının hüquqi rejimi, Varşava və Monreal Konvensiyaları ilə nəzərdə tutulan daşıma qaydaları, konvensiyaya üzv olmayan ölkələr ilə daşımaların tənzimlənməsi və digər mövzular ətrafında müzakirələr aparılmışdır. Forumun praktiki hissəsində isə Stud v. Trans International Airlines və Frozen Goods-Shipper Responsible for Packing and Marking məhkəmə işləri təhlil olunmuşdur.

Forumda iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, növbəti müzakirələrimizdə daha aktiv iştirak edəcəklərini arzu edirik.FB_IMG_1540148981391FB_IMG_1540148988463FB_IMG_1540148995628