1 dekabr 2018-ci il tarixində Nurlan Məmmədlinin təqdimatında “Kvazisuveren borcların hüquqi təbiəti: Zəncirlənmiş vəziyyətdə üzməyə çalışmaq” mövzusunda hüquq müzakirə forumu keçirilmişdir.

Forumda borc öhdəliyinin tarixi, bank-maliyyə sistemində borc münasibətləri, kvazisuveren borc və suveren borcun müqayisəli təhlili və digər mövzular ətrafında müzakirələr aparılmış, bir sıra məhkəmə işləri və real vəziyyətlər təhlil olunmuşdur.

Forumda iştirak edən hər kəsə təşəkkürümüzü bildirir, növbəti müzakirələrimizdə daha aktiv iştirak edəcəklərini arzu edirik.IMG_3234IMG_3238IMG_3224