8 dekabr 2018-ci il tarixində Kənan Abdullayevin təqdimatında “Müasir şəraitdə ekstradisiya hüququ” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.
Forumda ekstradisiyanın anlayışı, tarixi, tətbiq edilmə şərtləri, ekstradisiya və ölüm cəzası kimi məsələlər ətrafında müzakirələr aparılmış, praktiki hissədə isə bir sıra məhkəmə işləri və real vəziyyətlər təhlil olunmuşdur.
İştirak edən hər kəsə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildirir, növbəti forumlarda yenidən görüşməyi diləyirik!