15 dekabr 2018-ci il tarixində Nuranə Məmmədovanın təqdimatında “Müharibədə əsirlər, yaralılar və xəstələrlə rəftar qaydaları” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.

Forumda müharibə və müharibə qaydalarının tarixi, müharibə qaydaları haqqında konvensiyalar, müharibə cinayətləri və digər məsələlər ətrafında müzakirələr aparılmış, real vəziyyətlər təhlil edilmişdir.

İştirak edən hər kəsə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildirir, növbəti forumlarda yenidən görüşməyi diləyirikFB_IMG_1545064918911FB_IMG_1545064906849