2 mart 2019-cu il tarixində Sevinc Sadıqovanın təqdimatında “Sübutların həqiqətin müəyyən edilməsində rolu” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.
Forumun nəzəri hissəsində sübutun anlayışı, qanunsuz sübutlara məhkəmə yanaşması, poliqraf cihazının tətbiq olunması ilə əldə olunmuş sübutlar və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Forumun praktiki hissəsində isə müxtəlif məhkəmə işləri təhlil olunmuşdur.
İştirak edən hər kəsə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildirir, növbəti forumlarda yenidən görüşməyi diləyirik!