9 mart 2019-cu il tarixində Jalə Kərimlinin təqdimatında “Əlavə dəyər vergisinin hüquqi əsaslarının analizi” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.
Forumun nəzəri hissəsində dolayı verginin büdcədə rolu, ƏDV-nin anlayışı, vergitutma obyekti, Azərbaycan və müxtəlif ölkələrin təcrübəsində ƏDV-nin tətbiqi və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Forumun praktiki hissəsində isə müxtəlif real vəziyyətlər təhlil olunmuşdur.
İştirak edən hər kəsə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildirir, növbəti forumlarda daha aktiv iştiraka səsləyirik!