16 Mart 2019-cu il tarixində Jalə Paşayevanın təqdimatında “Müqavilənin bağlanmasında əsas kimi oferta və akseptin analizi” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.
Forumun nəzəri hissəsində oferta və akseptin anlayışı, ofertanın geriyə götürülməsi və geriyə çəkilməsi arasındakı fərqlər, yeni oferta, müqavilənin bağlandığı yer və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Forumun praktiki hissəsində isə bir sıra məhkəmə işləri təhlil olunmuşdur.
İştirak edən hər kəsə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildirir, növbəti forumlarda yenidən görüşməyi diləyirik!