20 aprel 2019-cu il tarixində BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti İdarə Heyəti üzvləri Əzizə Abdullayeva və Mirkənan Mahmudovun təqdimatında “Beynəlxalq dəniz hüququnda delimitasiya və Xəzərin hüquqi statusu” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.
Forumun nəzəri hissəsində dəniz hüququnun tarixi, dəniz hüququnun inkişafına “mare liberum”un təsiri, BMT-nin Dəniz hüququ haqqında 1982-ci il tarixli Konvensiyasının bir sıra maddələrinin təhlili, Xəzər dənizinin hüquqi statusu ilə bağlı sərhəd dövlətlərin müxtəlif mövqeləri, 2018-ci il Konvensiyasının hüquqi analizi kimi başlıqlar ətrafında müzakirələr aparılmışdır.
Forumun praktiki hissəsində isə The Corfu Channel Case, Wildenhus, R. v. Anderson kimi məhkəmə işləri təhlil olunmuşdur.
İştirak edən hər kəsə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildirir, növbəti forumlarda daha aktiv iştiraka səsləyirik!