27 aprel 2019-cu il tarixində Turan Legal and Tax Services LLC-nin hüquqşünası, Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının 3-cü Buraxılışının İcraçı Redaktoru, həmçinin 3-cü Buraxılış 2-ci Sayının məqalə müəllifi Gülnaz Salmanovanın təqdimatında “Azərbaycan Respublikasında investisiya təşviqi: hüquqi baxış” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.
Forumda investisiya təşviqinin anlayışı, investisiya fəaliyyətinə aid olan hərəkətlərin dairəsi, xarici investisiyanın cəlb edilməsində investisiya təşviqi mexanizmlərinin rolu, Ələt azad iqtisadi zonası haqqında AR Qanununun hüquqi təhlili, investisiya təşviqi sənədi, onun verilməsi, tələblər, güzəştlər və digər başlıqlar ətrafında müzakirə aparılmışdır.
İştirak edən hər kəsə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildirir, növbəti forumlarda daha aktiv iştiraka səsləyirik!