4 may 2019-cu il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi tələbəsi Gülnar İsmayılova və Bakı Dövlət Universiteti Məhkəmə Müsabiqə Cəmiyyətinin koordinatoru Nuranə Məmmədovanın təqdimatında “Evtanaziya qanuniləşməlidirmi?” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.
Forumda evtanaziyanın anlayışı, evtanaziyanın tarixi, evtanaziyanın lehinə və əleyhinə irəli sürülmüş arqumentlər, 2002-ci il tarixli Belçika evtanaziya aktının hüquqi təhlili və digər başlıqlar ətrafında müzakirə aparılmışdır.
Forumun praktiki hissəsində isə bir sıra məhkəmə işləri təhlil olunmuşdur.
İştirak edən hər kəsə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildirir, növbəti forumlarda daha aktiv iştiraka səsləyirik!