18 may 2019-cu il tarixində Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının 4-cü buraxılışının Məsul Redaktoru Nicat Rəsulzadənin təqdimatında “Razılaşma yoxdursa, keyfiyyət meyarı necə tənzimlənməlidir? Milli və Beynəlxalq hüququn müqayisəli analizi” mövzusunda növbəti hüquq müzakirə forumu keçirilmişdir.
Forumda uyğunluq kateqoriyasının elementi kimi keyfiyyətin analizi, malların keyfiyyətinin obyektiv və subyektiv uyğunluğu, AR Mülki Məcəlləsində təsbit olunmuş keyfiyyət meyarı və onun Malların beynəlxalq alqı-satqısına dair Vyana Konvensiyasında əksini tapmış müvafiq müddəalarla müqayisəsi və digər başlıqlar ətrafında müzakirə aparılmışdır.
Forumun praktiki hissəsində isə New Zealand Mussels Case, Netherlands Arbitration Institute Case və bir sıra yerli məhkəmə işləri təhlil olunmuşdur.
İştirak edən hər kəsə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildirir, növbəti forumlarda daha aktiv iştiraka səsləyirik!